21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabiq alman nazirdən etiraf: Türkiyə buna izn verməz!

10.10.2019

Türkiyənin Əsədin öz xalqını bombalamasının qarşısını almaq məqsədilə Suriyada uçuşların qadağan edildiyi bölgə yaratmaq təklifi Almaniyanın da daxil olduğu AB tərəfindən rədd edildi. Geriyə baxanda bunun bir xəta olduğunu görürəm.
Bu sözləri Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel deyib.
"O vaxt hər kəs belə düşündü: "Amandır, ikinci bir Əfqanıstan olmasın!” Nəhayət, yenə qaçqın axınına görə vətəndaş müharibəsi ilə qarşı-qarşıya qaldıq. Xətalar ABŞ-ın keçmiş prezidenti Barak Obama dönəmində başladı. Keçmiş prezident dəstələrini geri çəkmək istəyirdi və yaranacaq boşluğu doldurmaq üçün YPG ilə birlikdə çalışırdı. Əlbəttə, təkzib etməyinə baxmayaraq, PKK-nın Suriya qolunun Suriyanın şimal-şərqinə nəzarət edə biləcəyinə inanırdı. Türkiyənin Suriya sərhədində bir PKK dövlətinə əsla izn verməyəcəyini bütün tərəflər açıq şəkildə bilirdi. Türkiyə YPG-PKK-nın hazırkı güc boşluğunu doldurmasına izn verməz. Türklər buna görə də Afrinə də girmişdi”, - Qabriel bildirib.