01 02 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türklər 181 terror hədəfini məhv etdi - VİDEO

10.10.2019

Türkiyə hərbi qüvvələrinin Suriya ilə sərhəd ərazilərdə başladığı "Barış pınarı” hərbi əməliyyatı davam etdirilir.
Əməliyyatlar eyni anda havadan və quruda aparılır.
Türkiyə Müdafiə nazirliyinin yaydığı məlumata görə, F-16 hərbi təyyarələri əməliyyatlar çərçivəsində PKK terror qruplaşmasına məxsus 181 hədəfi məhv edib. Hərbi təyyarələr Suriya ilə sərhəd rayonlarından olan Şanlıurfanın Akçakale, Kamışlı, Derik və digər kəndlərində əməliyyatları davam etdirir.
PKK üzvləri Türkiyəyə məxsus təyyarələrin görüntü məsafəsinə maneə yaratmaq üçün yanğınlar törədib.
Türkiyə Müdafiə nazirliyindən bildirilib ki, "Barış pınarı” əməliyyatı çərçivəsində Türkiyə hərbi qüvvələri və Suriya Milli Ordusu birgə əməliyyatlar keçirir.
Əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan "terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.