Türklər qurudan 4 tərəfli hücuma keçib - Şiddətli DÖYÜŞLƏR GEDİR
10.10.2019
Türkiyə quru qoşunları Suriyanın şimalında Rasulayn və Tel Abyadda 4 istiqamətdən əməliyyata başlayıb.
Bu haqda Türkiyənin Müdafiə Nazirliyinin məlumatında deyilir.
Prezident Rəcəb Tayyib Ərdoğanın əmri ilə "Sülh Çeşməsi" (Barış Pınarı) əməliyyatı quru və hava bombardmanları ilə saat 16.00-da başlamışdı. Əməliyyat bölgəsindən alınan son məlumata görə, Türkiyə hərbi birlikləri və Suriya Milli Ordusu Tel Abyadın kənar məhəllələrinə girib. Bu bölgələrdə qarşıdurmaların olduğu bildirilir.