Tramp: “Koreyada yaxşı şeylər baş verir, lakin...”
28.04.2018
"Koreya müharibəsi bitəcək! ABŞ və onun bütün gözəl insanları hazırda Koreyada baş verənlərdən qürur duymalıdır”.
"Dövran Media"nın xəbərinə görə, bunu ABŞ dövlət başçısı Donald Tramp "Twitter”də Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşünə münasibət bildirərkən deyib. O bildirib ki, raket buraxılışları və nüvə sınaqları ilə keçən ağılsız illərdən sonra Cənubi Koreya və Şimali Koreya liderləri arasında tarixi görüş keçirilib: "Yaxşı şeylər baş verir. Lakin bundan sonrasını zaman göstərəcək”.
Qeyd edək ki, Şimali və Cənubi Koreya liderləri "Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi” imzalayıblar. Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır və Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayacaq.