Baş rolda Ancelina Colinin çəkildiyi "Malefisenta: Qaranlıqların şahzadəsi" filminin dünya turnesi davam edir.
Dünən Romada filmin daha bir premyerası baş tutub. Layihənin iki aktrisası: 44 yaşlı Ancelina Coli və 61 yaşlı Mişel Pfayffer birlikdə italiyalı tamaşaçılara Hokim Rinniqin filmini təqdim edib.
Romadakı premyeraya Coli iki böyük qızını da gətirib: 13 yaşlı Şaylo və 14 yaşlı Zahara. Hər üçü axşam üçün tünd rənglərə üstünlük verib. Aktrisa "Versace"dən olan biserli ziyafət geyimi ilə bütün diqqətləri öz üzərinə toplayıb.
Yeri gəlmişkən, kino ulduzu "Malifisenta" filmini ailə işinə çevirib, belə ki, uşaqları onu bir neçə dəfə premyeralarda müşayiət edib. Şaylo və kiçik qardaşı Noks anası ilə "Malefisent"hekayəsinin davamında çəkilmək şansı qazanıb, lakin Bred Pitt buna razı olmayıb. Cütlüyün başqa bir qızı, 11 yaşlı Vivyen isə 2014-cü ildə yayımlanan filmin ilk bölümündə anası ilə birlikdə rol almışdı.