Formula 1-in ikinci günü başladı
28.04.2018
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günüdür.
"Dövran Media" xəbər verir ki, yarışmanın ikinci yarış günündə Formula 2 sinfində birinci yarış, Formula 1 pilotlarının isə üçüncü praktiki sessiyası olacaq.
Həmçinin Formula 1-də təsnifat mərhələsi keçiriləcək.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Yarışlardan 10 komandadan 20 pilot iştirak edir. "Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.
Aprelin 29-da Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.
Qeyd edək ki, ötən gün Formula 1 sinfində iki sərbəst yürüş, Formula 2 sinfində isə sərbəst yürüş və təsnifat mərhələsi keçirilib.