21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyanın ən yaşlı adamı - 1896-cı il+FOTO

09.10.2019

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adına real namizəddir.
"Daily Mail” xəbər verir ki, Kəlküttədən Londona tranzitlə səyahət edən hindin pasportu Əbu-Dabi (BƏƏ) şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.
Sənədə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanda anadan olub. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin sağ olan ən yaşlı adamı hesab edilir.
Kişi yaşından daha cavan görünür. Cavanlığın sirrini rahib yoqada, intizamda və cinsi əlaqələrdən imtinada olduğunu bildirib.
"Mən sadə qidalanıram: ancaq bişmiş, yağsız və ədviyyatsız yeməklər yeyirəm. Süd və meyvə də yeməkdən vaz keçirəm”, - deyə hindli qeyd edib.
Daha əvvəl jurnalistlərə verdiyi müsahibədə rahib bildirib ki, 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını rahibliyə həsr etmək qərarına gəlib.
Şagirdləri ona dəfələrlə məsləhət görüblər ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün "Ginnesin rekordlar kitabına” müraciət etsin.