Bu ölkədə kütləvi edamlar keçirilir
08.10.2019
Vyetnamda məhkəmələr bir gün ərzində 11 nəfər barəsində ölüm hökmü verib.
Dövran Media Trend-ə istinadən bildirir ki, onlar narkotik vasitələrin yayılmasında təqsirli bilinir.
Daha 3 narkotik taciri ömürlük həbs cəzasına məhkum edilib.
Hoşimin şəhərində isə məhkəmə ölkəyə heroin və digər ağır narkotik maddələr keçirən dəstənin 8 üzvünü ölüm cəzasına məhkum edib. Daha bir nəfər ömürlük həbs olunub.