Prezident İlham Əliyev yeni baş nazir təyin etdi - SƏRƏNCAM
08.10.2019
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövran Media sərəncamın mətnini təqdim edir:
Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilsin.
***
Prezidentin digər sərəncamı ilə Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.