Yeni Baş nazir ilk çıxışını etdi - MƏTN
08.10.2019
Azərbaycan Prezident cənab İlham Əliyevə mənə böyük etimad göstərək Baş nazir vəzifəsinə təyin etdiyi üçün təşəkkürümü bildirirəm.
Bu sözləri Əli Əsədov yeni Baş nazir kimi Milli Məclisdə ilk çıxışı zamanı deyib.
O bildirib ki, Prezidentin səyi nəticəsində Azərbaycan böyük inkişaf yolunu keçir:
"Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb”.
Əli Əsədov qeyd edib ki, əsas problem doğma Qarabağın işğal altında olmasıdır:
"Ermənistan rəhbərliyinin populist çıxışına Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verilib. Qarabağın azad edilməsi üçün hərbi imkanlarımızın artırılması hər zaman Prezidentin əsas prioriteti olub”.
Əli Əsədov həmçinin bildirib ki, əmək haqları 2,4, pensiyalar isə 3 dəfə artırılıb.
O xatırladıb ki, sosial iqtisadi problemlərin həlli üçün son dövrlər ciddi işlər görülür, əmək haqları, təqaüdlər artırılır.
Milli Məclisin sədri Oqtay Əsədov çətin və məsuliyyətli işində Əli Əsədova uğurlar arzulayıb.
Çıxışdan sonra yeni Baş nazir Milli Məclisi tərk edib.