21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ülvi Mehdiyev: "22 minə yaxın gənc könüllülük məktəbi keçib"

08.10.2019

"GəncLİK proqramı çox unikal layihədir. Gənclər Fondunun və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə keçirilən bu layihəyə ümumilikdə 1000 iştirakçı müraciət edib. Onlardan 30-a yaxın gənc müxtəlif mərhələlərdən keçməklə bu proqram üçün seçilib".
Bunu "GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, dövlətin gənclər siyasəti ilə bağlı çoxşaxəli islahatlar həyata keçirilir: "Bu proqram da dövlətin gənclərə göstərdiyi diqqətin göstəricilərindən biridir. "ASAN Xidmət"in öz kollektivi də gənclərdən ibarətdir. Burada 22 minə yaxın gənc könüllülük məktəbini keçib. Eyni zamanda gənclərimiz ayrı-ayrı dövlət orqanlarında müxtəlif təcrübələr keçirlər. Bu proqram isə müəyyən keyfiyyətlərə, kriteriyalara cavab verən gənclərimizin məqsədyönlü şəkildə təcrübə proqramından keçməsini ehtiva edir. Bu gənclər əvvəlcə test mərhələsindən, daha sonra video formatda müsahibədən keçiblər".
Ülvi Mehdiyev bildirib ki, Azərbaycanın gənclər siyasəti ilə məşğul olan ekspertlərinin, mütəxəssislərinin seçdiyi 30 gənc müxtəlif təlim və treninqlərə cəlb olunacaqlar: "Eyni zamanda onlar ayrı-ayrı dövlət orqanlarının rəhbərlərinin yanında xüsusi qaydada təcrübədən keçəcəklər. Bu gənclərin arasından daha peşəkar, təcrübəli olanları digər dövlət xidmətlərinə cəlb olunmaq üçün sonradan dövlət qulluğuna cəlb ediləcəklər".