ABŞ türklərə görə sanksiya tətbiq etdi
08.10.2019
ABŞ Ticarət Nazirliyi uyğurlara görə Çinə sanksiya tətbiq edib.
Xəbər verildiyi kimi, bu məlumatı nazirliyin mətbuat xidməti yayıb. Məlumata görə, nazirlik hazırladığı sanksiyalar siyahısına 28 təşkilatın adını əlavə edib.
Bu təşkilatların fəaliyyətinin ABŞ-ın xarici siyasət maraqlarına uyğun olmadığı, onların Çinin uyğurlara, qazaxlara və digər müsəlman azlıqlara qarşı fəaliyyətlərində iştirak etdiyi bildirilib.