Matviyenko və Volodin də İrəvana gedir
07.10.2019
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko yaxın zamanlarda Ermənistana gələcək.
Bu sözləri öz Feysbuk səhifəsində Ermənistan parlamentinin sədri Ararat Mirzoyan paylaşıb. Bununla bərabər, o, noyabrın 5-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasının olacağını bildirib.
Mirzoyan iclasa Rusiya Dumasının sədri Vyaçeslav Volodinin də qatılacağını deyib.
Qeyd edək ki, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edib.