Vəzifəli şəxslər işdən çıxarıldı - ƏMR
07.10.2019
Göygöl Rayon Polis Şöbəsində üç nəfər işdən azad edilib.
Xəbər verildiyi kimi, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Cavad Səfərəliyev, cinayət-axtarış bölməsinin rəisi Yasin İsmayılov, Sarısu Polis Bölməsinin rəisi Elşən Quliyev işdən çıxarılıb və sərəncama götürülüb.
Onların yerinə hələlik təyinat yoxdur.