Gəmilər toqquşub
07.10.2019
Oktyabrın 7-də Yaponiyanın Noto yarımadasının şimalında Şimali Koreyaya məxsus gəmi ilə Yaponiya məxsus gəmi toqquşub.
NHK telekanalı xəbər verir ki, toqquşmadan sonra Şimali Koreyaya məxsus gəmi batıb. Gəminin göyərtəsindəki 20 nəfər dənizə düşüb.
Yaponiya Sahil Mühafizə Xidməti əraziyə patrul gəmisi göndərib. Hazırda hadisənin baş verməsi səbəbləri araşdırılır.