İYİ Partiyaın HDP ilə ittifaq ŞƏRTLƏRİ
07.10.2019
Türkiyənin İYİ Partiyasının İstanbul üzrə başqanı Buğra Kavuncu PKK-nı dəstəkləyən HDP ilə müzakirə şərtini açıqlayıb.
B.Kavuncu HDP ilə müzakirələrin başladılması üçün bu partiyanın PKK-nı qınaması və terror qruplaşması kimi qəbul etməsi gərəkdiyini bildirib.
"PKK-nın terror təşkilatı olmasını və lənətlədiklərini demədikləri müddətcə HDP ilə əlaqələyə girməyimiz mümkün deyil. 40 ildir davam edən problem... Ölkənin bütövlüyü məsələsində konstitusiyanın ilk 4 maddəsi ilə bağlı qətiyyətimiz var. Hər zaman israrla vurğuladıq. Özümüzü də milliyətçi, demokrat, inkişafı dəstəkləyən biri kimi təqdim edirik”, - deyə partiya mənsubu bildirib.