Prezidentlər görüş üçün razılığa gəldilər
07.10.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Telefon söhbətində ikitərəfli məsələlərlə yanaşı, Fərat çayının şərqində qurulması planlaşdırılan "təhlükəsiz bölgə” barədə də müzakirələr aparılıb.
Həmçinin danışıqlar əsnasında iki ölkə prezidentlərinin gələn ay Vaşinqtonda görüşməsi razılaşdırılıb.