Məmmədyarov və Lavrov arasında Qarabağ MÜZAKİRƏSİ
27.04.2018
Qarşı tərəfin təklifi əsasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya layihəsini və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqlar da müzakirə mövzuları arasında olub. "DM"