SDQ Türkiyəni hədələdi
06.10.2019
Ankara Suriyanın şimalında hərbi əməliyyata başlayacağı halda onu total müharibə gözləyir.
Bu sözləri Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstəklədiyi ərəb-kürd qruplaşması) rəsmi nümayəndəsi Mustafa Bali deyib.
"SDQ təhlükəsizlik mexanizmi şərtlərinə sadiqdir və regionda sabitliyin qorunması üçün zəruri addımlar atır. Özümüzü və xalqımızı qorumaq üçün Türkiyənin istənilən hücumunu bütün sərhəd boyu total müharibəyə çevirəcəyik”, - Bali bildirib.