Türkiyə ilə ABŞ arasında diplomatik GƏRGİNLİK
06.10.2019
ABŞ-ın Ankaradakı səfirliyinin Tvitter hesabından FETÖ ilə əlaqələrdə şübhəli bilinərək axtarışa verilən Ərgün Babaxanın MHP lideri Dövlət Baxçalı haqqındakı qalmaqallı paylaşımının bəyənilməsi diplomatik gərginlik yaradıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı səfirliyin rəsmisi Türkiyə XİN-ə çağrılıb və izahat tələb olunub.
Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal səfir Devid Satterfeld şəhərdə olmadığı üçün səfirliyin məsləhətçisi Cefri Hovenierlə görüşüb.