03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bağırovun avtomobili 200 minə satıılıb - ABŞ-da

06.10.2019

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti Zis-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb.
Virtualaz.org xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazıb.
O dövrdə sovet rəhbərlərinin gəzdiyi ZiS-110 (Stalin adına zavod) Böyük Vətən Müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 1945-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib. Və həmin avtomobillərdən biri sonradan ABŞ-a gedib çıxıb.Texas ştatının Hyuston şəhərinə gedib çıxan ZiS-110 avtomobilini 2016-cı ildə eBay-da 200 min dollara satıblar. Bu, Mircəfər Bağırovun avtomobili idi...
1947-ci ildə istehsal edilmiş qara ZiS-110 Stalin tərəfindən Mircəfər Bağırova hədiyyə edilmişdi. Stalinin ölümündən sonra Mircəfər Bağırov da işdən çıxarılır, həbs olunur və 30-cu illərdə həyata keçirilən amansız repressiyalara görə güllələnir. Avtomobil isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarajında, küncdə atılıb qalır. 1968-ci ildə avtomobili Azərbaycan məmurlarından kiməsə bağışlayırlar.
1989-cu ildə ZiS yeni sahibinə çatır və o, 1998-ci ildə amerikalı avtomobil idxalçısı ilə tanış olur. Bir il sonra onlar anlaşırlar və nadir avtomobil ABŞ-a yola salınır. Orada uzun illər ərzində qarajda qalıb toz basır. 2016-cı ildə isə eBay-da satılır. Hazırda avtomobilin vəziyyəti ideal deyil, amma onu restavrasiya etmək və əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.