ABŞ əsas rəqiblərinin adını açıqladı
05.10.2019
Rusiya, Çin və İranın Latın Amerikasında fəaliyyəti regionda uzunmüddətli stabilliyə ziddir.
Bunu ABŞ ordusunun Cənub Komandanlığının rəhbəri admiralı Kreyq Foller deyib. Onun sözlərinə görə, ABŞ Moskva və Pekini özünə strateji rəqib kimi görür.
O, həmçinin, İran və Şimali Koreyanın potensial düşmən olduqlarını bildirib:
"Rusiya çalışır ki, mümkün olan bütün imkanda özünün ənənəvi alyanslarını qorusun. Bizim milli müdafiə strategiyamız Çinlə rəqabəti müəyyən edib və bu, doğru qərardır. Dünyanın gələcəyi bu rəqabətin nəzarətdən çıxıb-çıxmayacağından asılıdır”.