03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Adı TV, amalı isə..." - Teleaparıcıdan SƏRT TƏNQİD

07.10.2019

"Ay Tv1" adlı sarsaq bir internet "kanal"ı var. Yəni adı telekanal astarı isə mənəvi terror yuvasıdır. Demək beş-altı adam yığışıb olduqca biabırçı, olduqca səviyyəsiz proqramlar hazırlayırlar. Bir çoxları da o videoları "mənəvi vəziyyətimizin bu günü" deyib, guya tənqid məqsədilə bəh-bəhlə paylaşırlar. Bu paylaşımlardan cuşa gələn həmin o kanal heyəti də baxır ki, reytinq yaxşıdır, daha da betərini edirlər.

Bunları yazmaqda məqsədim odur ki, istənilən bir mövzuya tənqidi münasibət bildirəndə, əgər o mövzu haqqında tutarlı fikirlər yaza bilməyəcəksinizsə, paylaşımınızın mövcud problemə müsbət təsiri olmayacaqsa onu paylaşıb daha da şitini çıxarmaq lazım deyil. Belə görünür ki, bu kimi videoları paylaşanların özləri də ya həmin o virusun daşıyıcısıdırlar, ya da ki, elə onların tamaşaçı zövqü də o sərhəddən o tərəfə keçmir.

Azərbaycan telekanallarında az da olsa intellektual, maarifçi proqramlar çəkilir. Və o proqramlarda yetərincə maraqlı, seçiləcək kadrlar var, onları paylaşıb maarifçiliyi təbliğ edə bilərsiz. Əgər məqsədiniz maarifçiliyi təbliğ etməkdirsə. Çünki bu gün televiziyalar daha əvvəlki dövrlərdə olduğu kimi baxımlı deyil. Televiziyaların kütləsi artıq parçalanıb. O kütlənin 50%-i artıq sosial şəbəkələrin payına düşür. Şəbəkələr də sizlərin ixtiyarında.

Madam ki, xalqın mənəviyyatına yönəlik bu mənəvi terrordan, şüuraltı yaşadılan zorakı assimilyasiyadan bu qədər narahatsız, o zaman əlinizin altındakı fürsətdən istifadə edin. Yaxşı şeylər paylaşın. Yaxşı halları təbliğ edin.Yox əgər tapa bilmirsinizsə, bizə müraciət edin, biz sizə paylaşılması vacib olan materiallar göndərək. Yəni "like" xatirinə özünü mədəniyyətin təəssübkeşi kimi göstərməkdənsə, alova bir ovuc su tökmək daha faydalı deyilmi ..!?

Səbuhi Zaman