21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mxitaryan təxribatçı erməniyə zəng edib

05.10.2019

Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ”ın Lüksemburqda "Düdelanj”ı 4:1 hesabı ilə məğlub etdiyi oyundan təxribat törədənlərdən birinə zəng vurub.
Report xəbər verir ki, bu barədə sport24.az saytına açıqlamasında təxribatı üzərinə götürən "Birinci erməni cəbhəsi” azarkeş qrupunun üzvü Spartak Adamyan bildirib. O, bunun ötən il dekbarın 18-də "Qarabağ”ın İngiltərənin "Arsenal” klubu ilə Londondakı Avropa Liqasının qrup oyununda meydana girdikdən sonra baş verdiyini söyləyib: "Mənə bir oğlan zəng vurdu və özünü Henrix Mxitaryan kimi təqdim etdi. Əvvəlcə inanmadım, elə bildim dostlarım zarafat edir. Ancaq zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə, başa düşdüm ki, odur. Məlum səbəblərdən onunla şəxsi söhbətim barədə ətraflı danışa bilmərəm. Bu münasibətinə görə Mxitaryana minnətdaram”.
Qeyd edək ki, "Düdelanj” – "Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.