ABŞ gəmi əleyhinə yeni raketini sınaqdan çıxardı
05.10.2019
ABŞ Sakit okeanın Quam adası yaxınlığında gəmi əleyhinə yeni NSM raketini sınaqdan keçirib.
Bu məlumatı CNN televiziyası yayıb. Sınağın oktyabrın 1-də keçirildiyi vurğulanıb.
Qeyd edək ki, NSM raketi 180 kilometr məsafədəki hədəfləri məhv edə bilir. Bu, ABŞ ordusunun hazırda istifadə etdiyi "Harpun" raketindən 30% daha uzaq məsafəni vurur.