21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Koreya liderləri yeni tarix yazır -FOTO

27.04.2018

Kim Jong-Un 1953-cü ildə Koreya müharibəsindən sonra yarımadanı ayırmaqda olan hərbi xətti keçən ilk Şimali Koreya lideridir.
Simvolizm və təntənə ilə zəngin olan görüş anında Cənubi Koreya lideri Moon Jae-in və cənab Kim sərhəddə əl sıxışıblar.
Cənab Kim isti açılış mübadiləsində "səmimi" müzakirələrə ümid etdiyini söyləyib.
Bir neçə ay əvvələ qədər Şimali Koreyanın davranışı müharibə xarakterli idi, lakin indi onlar sülh müqaviləsini və nüvə silahlarını müzakirə edə bilərlər.
Zirvə görüşündə müzakirə ediləcək məsələlərin çoxu əvvəlcədən razılaşdırılmışdı, lakin bir çox analitiklər Şimal tərəfinin iştirak üçün göstərdiyi coşquya şübhə ilə baxırlar.
Liderlərin sərhəddə əl sıxışması anında bütün Cənubi Koreya donub qalmışdı.
Auditoriya cənab Kimin Cənubi Koreya prezidentini iki ölkəni ayıran xətti keçməyə dəvət etməsini təəccüblə izləyiblər.
Bu, görünür hadisələrin son dərəcə xoreoqraflaşdırılmış ardıcıllığında planlaşdırılmamış an idi.
Liderlər Cənubi Koreya tərəfində ənənəvi kostyumda olan şərəf qarovulları tərəfindən qarşılanıb.
Daha sonra isə iki ölkə arasında silahsızlaşdırılmış bölgə olan Panmunjomda Sülh Evinə yollanıblar.
"Yeni tarix indi başlayır - tarixin başlanğıc nöqtəsində və sülh dövründə", - deyə cənab Kim qonaq kitabında yazıb.
Yığıncağın ağırlığı da - Koreya liderləri arasında onillikdən çox dövrdə ilk dəfə - yüngül anlarla vurğulanıb. Cənab Kim Şimali Koreyanın məşhur soyuq əriştələrinin görüşə gətirilməsini zarafata çevirib.
"Ümid edirəm ki, gətirdiyimiz əriştələrdən çox məmnun olacaqsınız", - o deyib