03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İraqda aksiyalarda ölənlərin sayı 100-ə yaxınlaşır

05.10.2019

Son dörd gündə İraqda keçirilən aksiyalarda toqquşmalar zamanı ölənlərin sayı 72 nəfərə çatıb.
 "Reuters” agentliyinin iverdiyi məlumata görə, Bağdadda hökumət əleyhinə aksiyalar zamanı yaralananların sayı isə 200 nəfəri keçib.
Hökumət oktyabrın 3-də Bağdad, o cümlədən ən-Nasiriyə, əl-Hilla və əl-Amarada gecə saatlarında elan edilən komendant saatının bu gün ləğv edildiyini açıqlayıb. Bağdad küçələrində nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.
Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toquşmalara çevrilib. Şiə din xadimi Müqtəda əs-Sədr parlamenti istefa verməsinin və beynəlxalq müşahidəçilərin nəzarətində növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bəyan edib.