21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentin möhtəşəm çıxışı ilə bağlı VİDEOÇARX

05.10.2019

ANS Şirkətlər Qrupuna daxil olan "Balans Studiyası" Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına dair videoçarx hazırlayıb.
Çarxda əsas yer Azərbaycan dövlət başçısının Ermənistan Baş naziri Nikol Paşinyana cavabına verilib.
Kadrlarda "Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri səsləndikdən sonra Azərbaycanın xəritəsi və "Balans döyüşə hazırdır!" ifadəsi yer alıb.
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında bildirib ki, Paşinyanın "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib. "Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".