Amerikalı iş adamının bütün əmlakı əlindən alındı
05.10.2019
Rusiya məhkəməsi "Baring Vostok” investisiya fondunun təsisiçisi, amerikalı biznesmen Maykl Kalvinin bütün əmlakına həbs qoyub.
Bu məlumatı RBK televiziyası yayıb.
Məlumata görə, Kalvinin ailə üzvlərinin yaşadığı mənzilə də həbs qoyulub.
Qeyd edək ki, M.Kalvi bundan öncə də fırıldaqçılıqda və mənimsəmədə ittiham olunsa da, bu ittihamları rədd edib.