Trampın adanı almaq istəyi reklama çevrildi
04.10.2019
Qrenlandiya ABŞ-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bunu TASS-a açıqlamasında Qrenlandiyanın Avropa Birliyindəki Nümayəndəliyinin rəhbəri Mininquak Kleyst deyib.
"Biz uzun illərdir Qrenlandiyada bazası olan ABŞ-la əməkdaşlıq edirik. Qrenlandiya və ABŞ arasında əməkdaşlığın gücləndirməkdə maraqlıyıq”, – deyə o bildirib.
Kleyst Trampın adanı almaqla bağlı təklifinin Qrenlandiyanın reklamına kömək etdiyini söyləyib:
"Biz artıq bəyan etmişik ki, biznes üçün açığıq, amma satılmırıq. Ümumiyyətlə isə bu söz ciddi reklam oldu, belə reklam kampaniyasının aparılması böyük pullar hesabına mümkün olardı”.