İraqda aksiyaçılara atəş açılır: 44 ölü
04.10.2019
İraq paytaxtı Bağdad şəhərində baş verən etiraz aksiyaları zamanı həlak olanların sayı 44-ə çatıb.
Bu barədə "Hürriyət” yazıb.
Məlumata görə, polis paytaxtda tətbiq olunan komendant saatına məhəl qoymayanlara atəş açmaqla cavab verir.
Qeyd edək ki, Bağdadla yanaşı etiraz aksiyalarının baş verdiyi Zikar, Meysan və Babil bölgələrində də küçəyə çıxmaq qadağan edilib.