21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nazir: "100 mindən artıq insan əmək bazarına daxil olur"

04.10.2019

"Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı durur. Bu siyasətin ana istiqamətini insan amili təşkil etdiyinə görə onların layiqli əməyinin, məşğulluğunun, gəlirlərinin təşkil olunması ən böyük əhəmiyyət kəsb edən məsələlərdəndir". 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, məşğulluq xidmətləri təkcə dövlətin iqtisadi siyasəti deyil, eyni zamanda sosial siyasətinin ana hissəsini təşkil edir. Çünki vətəndaşların məşğulluğu, onların əmək bazarında yerlərini tapması, onların öz kiçik, orta biznesini qurması, məşğulluğunu təmin etməsi ölkədə iqtisadiyyatın inkişafına böyük töhfə verir:
"Son 15 ildə Azərbaycanda orta əmək haqqı 7 dəfədən çox, gəlirlər dəfələrlə artıb. Yoxsulluq səviyyəsi 2001-ci ildəki 50 faizdən 5 faizə düşüb. Lakin digər tərəfdən, qarşımızda olan çağırışlar da çoxdur və daima da olacaq. Dünyanın heç bir ölkəsində məşğulluq məsələsini tam şəkildə həll etmək mümkün olmayıb. Bu, daimi prosesdir. Xüsusilə Azərbaycan kimi demoqrafik inkişaf edən, əhalinin durmadan artdığı bir ölkədə bu çağırış mütəmadi olaraq qarşımıza çıxacaq. Müstəqillik dövründə Azərbaycan əhalisi 3 milyon insandan çox artıb. Bu il artıq 10 milyonuncu vətəndaş dünyaya gəlib. Bu göstəricilər, yüksək dinamik inkişaf nəticəsində ölkəmizdə hər il 100 mindən artıq insan əmək bazarına daxil olur. Yəni, Azərbaycan dövləti, hökuməti cari məşğulluqla yanaşı, hər il əmək bazarına daxil olan 100 min insanın da məşğulluğunu təmin etməlidir. Bu baxımdan məşğulluq sahəsində mütəmadi yeni proqramlar təmin etməli, ən yaxşı beynəlxalq təcrübəni ölkəmizə gətirməliyik. Azərbaycanda ölkənin reallıqlarına, iqtisadi, sosial sisteminə uyğunlaşdırılaraq tətbiqini təmin etməliyik".
Nazir bildirib ki, Azərbaycanda özünəməşğulluq proqramı ötən il 6000 ailəni əhatə edib. Bu il isə 10 min ailəni əhatə edəcək:
"Hər il ölkədə 10 min mikro və kiçik biznes yaradılır və yaradılacaq. Bu il danışıqların yekunlaşması gözlənilir. Növbəti ildən Dünya Bankı bu prosesə qoşulduqdan sonra benefisyarların sayı ildə 15 mini ötəcək".
S.Babayev onu da qeyd edib ki, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan "Məşğulluq” altsistemi bu aydan tam istifadəyə veriləcək:
"Bundan sonra növbəti mərhələlərdə bütün məşğulluq xidmətləri ardıcıl olaraq bu sistem vasitəsilə vətəndaşlara təqdim ediləcək".