Falçının fırıldağı: 2 milyon getdi
03.10.2019
Moskvada falçı gənc qızdan 2 milyon rubl aldıqdan sonra yoxa çıxıb.
Dövran Media Trend-ə istinadən xəbər verir ki, 23 yaşlı qız bununla bağlı polisə müraciət edib.
Qeyd olunub ki, o, 9 gün ərzində sms vasitəsilə falçıya qeyd olunan məbləği yollayıb. Bundan sonra Olqa adlı falçı ilə əlaqə kəsilib.
Faktla bağlı Moskva polisi fırıldaqçılıq maddəsi ilə cinayət işi açıb.