İraqda etiraz aksiyası: ölən və yaralananlar var
03.10.2019
İraqda baş verən etiraz aksiyaları zamanı həlak olanların sayı 12-yə, yaralıların sayı isə 650-yə çatıb.
Xəbər verildiyi kimi, bu barədə "Şəfəq” nəşri yazıb.
"Etiraz aksiyaları zamanı 11 etirazçı və 1 təhlükəsizlik işçisi həlak olub. Yaralıların sayı 650-dir. Onlardan 87 nəfəri təhlükəsizlik orqanlarının əməkdaşlarıdır”, - nəşr bildirib.
İraqda baş verən etiraz aksiyaları zamanı 122 nəfər saxlanılıb.