“Formula-1” Azərbaycan Qran-prisi START GÖTÜRÜR
27.04.2018
Bu gün Bakıda "Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür.
"Dövran Media" saytının məlumatına görə, paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.
Yarışın ilkin mərhələsi "Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü sınağında saat 13:00-da "Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən "əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.
İlk günün son yarışında "Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu "Jamiroquai” konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq.
Şənbə və bazar günləri hər biri "Formula-1” Qran-prisi üçün əsas günlərdi. Belə ki, aprelin 28-də "Formula-2” yarışlarında birinci yarış, həmçinin "Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır. Bu dəfə gün Kristina Aqileranın konserti ilə yekunlaşacaq. Ondan sonra səhnədə Aksvell Λ İnqrosso yer alacaq.
Aprelin 29-da "Formula-2”də ikinci yarış təşkil olunacaq. Ardınca əsas mübarizəyə hazırlıq başlayacaq. Pilotların paradı, açılış mərasimi olacaq və Azərbaycan himni səslənəcək. Saat 16:10-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Dua Lipa konserti nəzərdə tutulub. Yekunda Martin Solveig də azarkeşlər qarşısına çıxacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də öz məharətlərini göstərib, tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər.
Əvvəlki illərdən fərqli, bu il dünya ulduzlarının konsert proqramları "Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün "Azneft dairəsi” ilə "Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək.
Bu mərhələyə də əvvəlki yarış kimi 10 komandanın heyətində 20 pilot qatılacaq. Ölkəmizdə "Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, "Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler sürətini yoxlayacaq.
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Bolidlər burdan başlayaraq, Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.
Qeyd edək ki, martın 25-də Avstraliyada start götürən mövsümdə 3 mərhələdən sonra pilotların mübarizəsində 141 xalla "Ferrari”nin pilotu Sebastiyan Fettel (54 xal) liderdi. Onu "Mersedes”dən Luis Hamiltonla (45 xal) Valterri Bottas (40) izləyir.
Komanda hesabında isə "Mersedes” 85 xalla birincidi. "Ferrari" 84 xalla ikinci, "Red Bull" 55 xalla üçüncüdü.
Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 29 aprel
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km
Rekord – Sebastyan Fettel 1:43.441 (2017)
Azərbaycan Qran-prisinin proqramı
27 aprel, cümə
10:20
10:30
FIA
Tibbi yoxlanış
10:30
10:45
FIA
Trek yoxlanışı və trek testi
11:00
11:45
Formula-2
Sərbəst yürüş
11:55
12:25
Paddok Klub
Paddok Klub üzvlərinin avtomobil turu
11:55
12:45
Paddok Klub
Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi
13:00
14:30
Formula-1
Birinci sərbəst yürüş
15:00
15:30
Formula-2
Sıralama turu
15:40
16:45
Paddok Klub
Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi
15:40
16:10
Paddok Klub
Paddok Klub üzvlərinin avtomobil turu
16:30
16:40
FIA
Trek yoxlanışı
17:00
18:30
Formula-1
ikinci sərbəst yürüş
28 aprel, şənbə
10:30
11:00
Paddok Klub
Paddok Klub üzvlərinin avtomobil turu
11:00
11:30
Formula-1
Komandaların pit stop təlimi
11:00
11:10
FIA
Tibbi yoxlanış
11:10
11:25
FIA
Trek yoxlanışı və trek testi
11:45
11:50
Formula-2
Pit Leyn açılır
12:00
13:05
Formula-2
Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)
13:30
13:40
FIA
Trek yoxlanışı
14:00
15:00
Formula-1
Üçüncü sərbəst yürüş
15:05
16:40
Paddok Klub
Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi
15:20
16:20
Paddok Klub
Paddok Klub üzvlərinin avtomobil turu
16:30
16:40
FIA
Trek yoxlanışı
17:00
18:00
Formula-1
Sıralama Turu
29 aprel, bazar
11:35
12:25
Paddok Klub
Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi
11:35
12:05
Paddok Klub
Paddok Klub üzvlərinin avtomobil turu
12:10
12:20
FIA
Tibbi yoxlanış
12:20
12:35
FIA
Trek yoxlanışı və trek testi
12:55
13:00
Formula-2
Pit Leyn açılır
13:10
14:40
Formula-2
İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)
14:10
15:10
Paddok Klub
Paddok Klub üzvləri üçün Pit Leyn gəzintisi
14:30
15:00
Paddok Klub
Paddok Klub üzvlərinin avtomobil turu
14:40
15:10
Formula-1
Pilotların paradı
15:00
15:25
Formula-1
Açılış mərasimi
15:10
15:20
FIA
Tibbi yoxlanış
15:20
15:30
FIA
Trek yoxlanışı
15:40
15:50
Formula-1
Pit Leyn açılır
15:56
15:58
Formula-1
Dövlət himni
16:10
18:00
Formula-1
Azərbaycan Qran-prisi (51 dövrə və ya 120 dəq)