Şavkat Mirziyoyev Bakıya gəlir
03.10.2019
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.
Xəbər verildiyi kimi, bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb.
Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq.