Ekspert: Türkiyə regional gücə çevrildi
03.10.2019
Türkiyənin problemlərinə barmaq uzadan Fransa lideri öz ölkəsinin problemlərini görməzdən gəlir.
Bu sözləri rusiyalı siyasi ekspert Aleksey Obraztsov deyib.
O bildirib ki, Makron beynəlxalq siyasi məsələlərdə dünənki anlayışla yaşayır:
"Rusiyanın diplomatik səyləri nəticəsində yavaş-yavaş hər kəs dünyanın təkqütblü olmadığını anladı. Təəssüf ki, Makron bunu başa düşmür, lakin Türkiyə anlayır. Uzun müddətdir ki, regional güc statusu uğrunda mübarizə aparan Türkiyə nəhayət, istədiyini əldə etdiyini hiss edir. Bu səbəbdən Türkiyə beynəlxalq arenada mənafeyini ifadə etməkdə özünü olduqca rahat və sərbəst hiss etməyə başladı”.
Qeyd edək ki, Makronun Türkiyədə insan haqlarının vəziyyətini tənqid etməsi Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun kəskin reaksiyasına səbəb olmuşdu.