Lukaşenko: Rusiya Suriyada silahlarını sınayır
26.04.2018
"Dövran Media" Rusiya mətbuatına istinadla bildirir ki, Belarus prezidenti Lukaşenko parlamentə və xalqa müraciətində acıq da olmasa dolayısı ilə Rusiyaya qarşı tənqidi fikirlər söyləyib. Belə ki, o, "dövlət var ki, Suriyada yeni silahlarını sınaqdan kecirməklə məşğuldur və Avrasiyaya inteqrasiya məsələsini isə təqlid edir”- deyə, mühakimə edib. Bu hücumlar məhz birbaşa Mockvanı hədəfə alır – Bu fikirləri ekspertlər Belarusun işgüzar qəzetinin rəy sorğusunda bildiriblər.
Qəzetdə siyasi icmalcı Pavlyuk Bıkovskinin şərhinə görə, Lukaşenkonun müəyyən sözlərindən aydındır ki, rəsmi Minskin rahat buraxılmasını xahiş edir. Belə ki , xalqa və parlamentə proqramlı müraciətində prezidentin əsas acar mövzusu "rəsmi Minskinin qatı müttəfiqi” deyərək, ad çəkmədən və eyhamlı sözlərlə Rusiyanı tənqid etməsi buna əyani sübutdur. Bir sözlə, Lukaşenkonun cıxışlarında
Rusiya səssiz fiqur idi. Avrasiya İqtisadi Birliyinə qarşı edilən bütün hücumlar uyğunsuzluq, inteqrasiya razılaşmalarının pozulması - bütün bunlar əslində Rusiya ilə bağlıdır. Və Avrasiya İttifaqını quran ümumi dövlətlərə, Belarus südünün tədarükü ilə bağlı məhdudiyyətlərə qarşı birbaşa hücumlar Qazaxıstan və Qırğızıstana deyil, Rusiyaya aiddir - deyə Bıkovski deyib. Ekspert qeyd edir ki, ümumiyyətlə, Belarus prezidenti hər zaman öz mövqeyinə sadiqdir, amma bu mesaj proqramın bəyanatıdır, gələn il ücün dövlət siyasətini müəyyənləşdirir. Və bu mesajdan Minskin şərq istiqamətində baş verənlərə və Avrasiya İttifaqı çərçivəsində inteqrasiyanın nəticələrindən narazı olduğu aydındır. Müraciətdə Lukaşenko onu da bildirib ki, "Biz ya irəli gedirik, ya da onu təqlid edirik. O, həmçinin Moskvanı Avrasiyaya inteqrasiyanı təqliddə qınadı. Onu da qeyd edim ki, bu qınaq müəyyən dərəcədə əsaslıdır;- deyə, Bıkovski hesab edir. Digər politoloq Valeri Karbalevic isə hesab edir ki, Lukaşenko Rusiyaya kifayət qədər tənqidi yanaşır, müraciətində o bütün parametrlərə görə onu tənqid edib:
Avrasiya İqtisadi Birliyinə münasibətində pis işini, Ermənistan, Moldova, Gürcüstana münasibətini, ticarət müharibəsini xatırlatdı və daha geniş tənqidi geosiyasi seçimə görə, Rusiya KİV-lərinin isə müharibənin təbliğinə görə olub. Onun sözlərinə görə, dolayısı ilə, çox ehtiyatla Lukaşenko Suriyadakı vəziyyətə görə Rusiyanı tənqid edrək bildirib ki, orada bəzi dövlətlər müasir silahları sınaqdan
keçirmək istəyirlər, Suriya xalqı da buna görə əziyyət çəkir. Daha bir mövzu Ermənistan olub ki, Lukaşenko öz nitqinə əlavə yazıb. Belə ki, hətta deyilənə görə, "keçmiş prezident və yeni baş nazir Serj Sarkisyanı istefa verməyə məcbur edən ermənilər Belarusda referendumu təxirə salıb. Nəşr yazır
ki, Lukaşenko yaxın vaxtlarda konstitusiya islahatı üzrə referendum keçirmək niyyətində olmadığını qeyd edib. Erməni referendumu və Maydan təhlükəsi məsələsi bir paketdə ilişib və bu mesajda çox emosional göründü. Lukaşenko bir neçə dəfə inqilabların pis olması barədə danışdı və Belarusda bunun üçün heç bir səbəb olmadığını bildirib. Beləliklə, əgər əhalimiz üçün əsas mövzu yalnız
müharibə olmasın, onun üçün isə yalnız inqilab olmasın - deyə Karbaleviç bildirib.
Xatırladaq ki, əvvəllər də Lukaşenko Rusiyanın hərəkətləri üzündən Belarusun Avrasiya İttifaqindan çıxmaqla hədələyib. O, xatırladıb ki, Belarus şərtlərlə Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqaviləni imzalayıb. Ancaq hələ ki, enerji daşıyıcılarının vahid bazarının yaradılması barədə və digər bir sıra prinsipial əhəmiyyətli məsələlərin həllində gələcək tərəfdaşlar tərəfindən zəmanət alınmır.