Şairin ürəyinə stent qoyulacaq
02.10.2019
Böyük ehtimalla Vaqif Bayatlının ürəyinə stent qoyulacaq.
Bunu şair V. Bayatlının həyat yoldaşı Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, İstanbulda olan V. Bayatlı beyin müayinəsindən uğurla keçib:
"O, səhhəti ilə bağlı hər il İstanbulda müayinə olunur. Üç il əvvəl Vaqif beynindən əməliyyat olunub. Həkim yoxlamaları göstərdi ki, əməliyyatın nəticəsi yüksəkdir”.
T. Bayatlı qeyd edib ki, qarşıdakı günlərdə şair kardioloji müayinədən də keçəcək:
"Vaqif müayinə olunacaq, əgər yeni bir şey aşkar olunmasa, böyük ehtimalla onun ürəyinə stent qoyulacaq”.