ABŞ-da Çaykaya sanksiya tələb edildi
02.10.2019
ABŞ-ın Respublikaçılar və Demokratlar partiyalarından olan iki senator Rusiya Baş prokuroru Yuri Çaykaya qarşı sanksiya tətbiq edilməsini istəyiblər.
Senatorlar həmçinin siyahıya Ədliyyə naziri Aleksandr Konovalov və Cəzaların İcrası üzrə Federal Xidmətin rəhbəri Gennadi Korniyenkonun daxil edilməsini tələb ediblər.
Senatorlar bu addımın adı çəkilən şəxslərin bir sıra Rusiya vətəndaşlarının siyasi motivlərlə həbsində iştiraklarına görə atılması gərəkdiyini bildiriblər.