Hərbi hissəyə hücum: 23 hərbçi öldü
02.10.2019
Malidə hərbi hissəyə silahlı hücum nəticəsində 2 mülki şəxs və 23 hərbçi ölüb, 60-a yaxın hərbçi itkin düşüb, 4-ü yaralanıb.
Report xəbər verir ki, bu barədə Mali hökuməti açıqlama yayıb.
Bildirilib ki, hərbçilər 15 silahlını zərərsizləşdirib.
Qeyd edək ki, Malidə təhlükəsizliyi təmin etmək məqsədilə BMT-nin 15 min sülhməramlısı və Fransanın 4 min hərbçisi yerləşdirilib.