Pompeo İranı ifşa etdi - FOTO
02.10.2019
İrana məxsus "Adrian Darya” tankeri Suriyaya neft daşıyır.
Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter hesabında yazıb.
"İranın Xarici İşlər naziri Cavad Zərifin Britaniyaya söz verməsinə baxmayaraq, tanker hazırda Suriya sahillərinə neft çatdırıb”, - Pompeo bildirib.
Qeyd edək ki, bundan öncə də Britaniyanın azad etdiyi "Adrian Darya”nın Suriyaya istiqamətləndiyi bildirilmişdi.