Türkiyə polisi “İŞİD naziri”ni ələ keçirdi
12.01.2018
Kayseri vilayətində polis İŞİD terror təşkilatının "kənd təsərrüfatı naziri”ni Tarık Əhmədi saxlayıb.
Keçirilən əməliyyat nəticəsində daha 9 İŞİD üzvü saxlanılıb. Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Kayseridə İŞİD-in "cəlladlarından” biri Əbdülxalıq Əbdülqədir saxlanmışdı. /devran media/