Ərdoğan Bakıya gəlir
01.10.2019
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral məlumat verib.
Səfir qeyd edib ki, R.T. Ərdoğanın bu ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfəri planlaşdırılır.
Qeyd edək ki, Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.