İran ABŞ casusunu edama məhkum etdi
01.10.2019
İranda ABŞ lehinə casusluqda ittiham edilən şəxs edama məhkum olunub.
Xəbər verildiyi kimi, bunu İran Məhkəmə Hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn İsmaili deyib. O, casusluqda ittiham edilən daha üç nəfərə 10 il həbs cəzası verdiyini bildirib.
İsmaili bu şəxslərdən üçünün ABŞ-a, birinin isə Britaniya lehinə casusluq etdiyini bildirib.