21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xəbərdarlıq! İstanbul zəlzələsi 8 bala çata bilər

01.10.2019

Türkiyənin İstanbul şəhəri üçün proqnozlaşdırılan böyük maqnitudalı zəlzələdən ən çox zərər görən səmtlərin adı açıqlanıb.
Publika.az xəbər verir ki, Mərmərə Seysmik Xəttinə ən yaxın 20 səmtin zəlzələyə hazır olması üçün xəbərdarlıq göndərilib.
Seysmik xəttə yaxın Avropa tərəfdə Avcılar, Küçükçekmece, Bakırköy, Beylükdüzü, Güngören, Zeytinburnu, Bahçelievler ve Fatih, Anadolu tərəfdə isə Kadıköy, Üsküdar, Ataşehir, Ümraniye, Maltepe, Kartal, Pendik, Sultanbeyli, Sancaktepe, Tuzla və Adalar yerləşir.
Aparılan araşdırmaya görə, İstanbulun ən qədim səmtləri Beyoğlu, Fatih, Adalar, Güngören, Bakırköy, Kadıköy və Beşiktaşdır. Mütəxəssislərin fikrincə, zəlzələdən ən çox zərər görəcək səmt Beyoğludur. İkinci sırada isə Fatih qərarlaşır.
Qeyd edək ki, Türkiyə miqyasında 6,7 milyon riskli bina var. Bunlardan 400 mini İstanbulda yerləşir.
Xatırladaq ki, bir neçə gün öncə İstanbulda 5,8 bal gücündə zəlzələ baş vermişdi. Ehtimal edilən yeni zəlzələnin 8 bala qədər çıxa biləcəyi deyilir.