Baş Prokurorluğa Fuad Qəhrəmanlı ilə bağlı müraciət
01.10.2019
Qadın və uşaq hüquqlarının müdafiə edən bəzi qeyri-hökumət təşkilatları AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi dərin işgəncələr, iztirablar, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət ediblər.
Xəbər verildiyi kimi, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir:
"Sözsüz ki, biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq.
Xüsusilə onu vurğulamaq istərdim ki, bu gün özünü müxalifət adlandıran, özlərini vətəndaşların hüquqlarının müdafiəsi üzrə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz, vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar.
Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərliyinin də bundan xəbəri olub və təəssüflər olsun ki, onlar da vaxtında heç bir tədbir görməyib, heç bir məlumat verməyiblər”.