21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekoloq: “Azərbaycanda 20-30 ildən sonra sərt qış olacaq”

01.10.2019

Hər il olduğu kimi bu il də ictimaiyyət  arasında qışda havanın sərt keçəcəyi ilə bağlı fikirlər yayılmağa başlayıb. İnsanlar bunu daha çox yay fəslinin mülayim keçməsi ilə əlaqələndirirlər.
Qeyd edək ki, son günlərdə bir sıra xarici ölkələrdə də fəslə uyğun olmayan sərt hava şəraiti hökm sürür. Ötən gün ABŞ-da yağan güclü qara görə fövqəladə vəziyyətin elan olunması ilə bağlı mətbuatda xəbərlər yer alıb.
Bəs görəsən, insanların arasında qış fəslinin sərt keçəcəyi ilə bağlı yaranan bu ön proqnozlarla bağlı ekspertlər nə düşünür? Qış fəsli doğrudanmı sərt keçəcək?
Məsələ ilə bağlı açıqlama verən ekoloq Telman Zeynalov bildirdi ki, hər il insanlar nəyə görəsə qışın sərt keçəcəyi ilə bağlı ön proqnozlar verirlər.
Telman Zeynalov ile ilgili görsel sonucu
"İnsanlar yay fəslinin sərin keçdiyini görürlərsə, düşünürlər ki, qış da sərt keçəcək. Bu düşüncə kökündən yanlışdır. Çünki yay fəsli sərin keçəndə, əksinə, qış fəsli olduğundan daha mülayim keçir. Bu da iqlim dəyişikliyi ilə əlaqədardır. Əvvəllər istiləşmə gedirdisə, indi soyuqlaşma gedir. Onu da qeyd edim ki, qışda havaların mülayim keçməsi həm kənd təsərrüfatına mənfi təsir göstərir, həm də az da olsa, su qıtlığına səbəb olur. Lakin ölkəmizdə su qıtlığı heç zaman o həddə çatmayacaq ki, biz başqa ölkələrdən yardım istəyək”.
Ölkəmiz üçün qış fəsli üçün mülayim havanın xarakterik olduğunu bildirən mütəxəssis bunun həm də təbiətdən asılı bir proses olduğunu qeyd etdi. İnsanlarda qışın mülayim keçməsi ilə bağlı yarana, fikirlərə münasibət bildirən ekoloq bunu da iqlim dəyişikliyi ilə əlaqələndirdi: "Əgər günəş yeri həddindən artıq qızdırırsa, ən çox enerjini su qəbul edir. Su qızdıqca,  havalar da mülayimləşir. Biz də Xəzər dənizinin ətrafında yerləşdiyimiz üçün gedən bu proses ölkəmizin hava şəraitinə təsir göstərir. Lakin mən demirəm ki, bu il qış mülayim keçəcək. Xeyr, bu il qışın sərt olması və soyuq keçəcəyi gözlənilir. Biz elə bir iqlim qurşadığında yerləşmişik ki, hər 20-30 ildən bir ölkəmizdə iqlim dəyişilir. Yəni əvvəllər qış sərt hava, güclü qarla müşayiət olunurdu. Dekabrdan mart ayına qədər qar ərimirdi. İndi isə qar yağmır, qış fəsli olduğundan daha mülayim keçir. Bu bir qanundur. Buzlaq dövründə məsafələr var ki, 300-500 ildən bir məsafələr bölünür. Proses tsiklik gedir, havalar gah isinir, gah soyuyur. Bu da günəşdən və küləklərdən asılıdır.  Əgər şimal, şimal-qərb küləyi əsirsə, deməli, havalar sərin, ya da soyuq keçəcək”.
Əhali arasında qışın mülayim keçməsi ilə bağlı yaranan narazılığa  son qoymaq üçün mütəxəssis bildirdi ki, Azərbaycanda gözlənilən sərt qışın 20-30 ildən sonra ölkəmizə daxil olması nəzərdə tutulub: "Sərt qış fəsli  ölkəmiz üçün yad deyil. 52-ci ildən tutmuş 76-cı ilə qədər Azərbaycan qarın içində boğulurdu. Bu reallıqdır. İndi quraqlıq dövrü olduğu üçün soyuq hava kütləsi ölkəmizə daxil ola bilmir. Lakin xalqımız narahat olmasın, havalar soyuq da olacaq, qar da yağacaq”.
Havanın temperaturunu müəyyənləşdirən aparatların da maksimum bir həftə sonrakı havanı dəqiq deyə biləcəyini qeyd edən mütəxəsis insanları aldanmamağa çağırdı: "Bu aparatlar yalnız bir həftə sonranın havasını deyə bilər. İnsanlar gözləməsin ki, biz indidən dekabr ayının havasını dəqiq deyək. Bu, 70 faiz yanlış məlumat olacaq”.