18 polis həbs edildi
01.10.2019
Salvadorda törədilmiş 48 cinayətə (ölüm işi) görə 18 polis əməkdaşı saxlanılıb.
Bu barədə jurnalistlərə ölkənin Baş Prokuroru Raul Melara məlumat verib.
Qeyd edilib ki, onlardan dörd nəfəri keçmiş polis işçiləridir.
Prokuror qeyd edib ki, 48 cinayət işində əli olan cinayətkar şəbəkənin fəaliyyəti üzə çıxıb.
Qeyd edək ki, Salvador Latın Amerikasında ən çox insanın qətlə yetirildiyi və zorakılıq hallarının yaşandığı ölkələrdən biri kimi göstərilir. Hakimiyyət cinayətkarlıqla mübarizə məqsədilə xüsusi bir plan hazırlayıb. Məhz bu müxanizmin sayəsində bir sıra cinayətlərin aşkar edilməsi mümkün olur.