Minsk Qrupunun vasitəçiliyinə son verilsin - Deputat
01.10.2019
Bu günə qədər ATƏT-in Minsk Qrupu Qarabağ probleminin həlli istiqamətində heç bir tutarlı addım atmayıb.
Bu sözləri millət vəkili Fazil Mustafa həmkarı Fərəc Quliyevin bu gün Milli Məclisin iclasında Qarabağla bağlı danışıqların davam etdirilməsinin heç bir mənası olmaması barədə fikirlərinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, həmkarının fikirləri ilə tam razıdır:
"Çünki ATƏT bu günə qədər Qarabağ münaqişəsinin həllinə dair heç bir önəmli addım atmayıb. Hesab edirəm ki, bu mənada onun vasitəçiliyinə daha ehtiyac yoxdur. Buna görə də artıq danışıqlara son qoyub, lazımi addımlar atılmalıdır. Çünki bizim buna həm siyasi, həm də hərbi gücümüz çatır”
Qeyd edək ki, millət vəkili Fərəc Quliyev Milli Məclisin plenar iclasındakı çıxışı zamanı ATƏT-in vasitəçiliyinə son verilməsi barədə müzakirələrin aparılmasının lazım olduğunu bildirib.